Şeydayev yenə 90 dəqiqə oynadı, “Dinamo”…
Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda paytaxtın digər təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb.
“Dinamo” 6 turdan sonra 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin