
“Yuventus” “Atalanta”nın 3 futbolçusu ilə maraqlanır
“Yuventus” “Atalanta”nın eyni vaxtda üç futbolçusu ilə maraqlanır.
Onlardan biri Turin klubuna 2024-cü ilin yayında qoşula bilərdi.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, söhbət hücumçu Mateo Reteqidən gedir. Bununla belə, o, hazırda turinlilər üçün yalnız üç nömrəli hədəfdir.
“Yuventus” ilk növbədə cari mövsümdə 30 matçda 17 qol vuran və 7 məhsuldar ötürmə ilə yadda qalan forvard Ademola Lukman üçün mübarizə aparacaq. Nigeriyalı futbolçunun transfer dəyəri 55 milyon avrodur.
İkinci hədəf braziliyalı yarımmüdafiəçi Edersondur və turinlilər onun üçün ən azı 50 milyon avro ödəməli olacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



