
Azərbaycan millisi Haiti ilə yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komanda Haiti ilə üz-üzə gələcək.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın başlama saatı hələlik bəlli deyil.
Milli komanda martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoxlama görüşü keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



