
“Rəvan”ın sabiq baş məşqçisi idman direktoru təyin edildi
“Rəvan”ın sabiq baş məşqçisi Bəhmən Həsənov özünə yeni iş yeri tapıb.
Komanda.az xəbər verir ki, PRO kateqoriyalı məşqçi “Xudat Siti”də çalışacaq. O, bu klubun idman direktoru təyin edilib.
Bölgə təmsilçisi bu mövsüm AFFA Region Liqasında iştirak edəcək. Həsənov “Xudat Siti”nin akademiyasına da nəzarət edəcək.
Region Liqasında yeni mövsümün püşkü sabah atılacaq və çempionata martın 8-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin