“Şəki” daha bir aparıcı basketbolçusu ilə vidalaşdı

“Şəki” bu mövsüm daha bir aparıcı basketbolçusu və kapitanı ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, klub məcburiyyətdən komandanın aparıcı oyunçusu Aleks Koldvellə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Ayrılığa səbəb amerikalı basketbolçunun şəxsi həyatında üzləşdiyi problemdir.

Qeyd edək ki, “Şəki” cari mövsüm 2-ci dəfə belə şanssız halla üzləşir. Daha öncə komandanın əvvəlki kapitanı Kris Barton Gəncədəki oyunda ağır zədə alıb, əməliyyat keçirdiyindən onunla yollar ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button