
Ançelotti: “Endrik fantastik oyunçudur”
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Real Sosyedad” üzərində qələbədən (1:0) sonra hücumçu Endrikin çıxışını dəyərləndirib.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında Endrikin fantastik oyunçu olduğunu bildirib:
“Endrik çox dəqiq, sürətli və güclüdür. O, hələ də topda təkmilləşməlidir, amma sürəti və zərbəsi… O, tez öyrənən fantastik oyunçudur”.
İspaniya kubokunun yarımfinal qarşılaşmasının ilk oyununda yeganə qolu 18 yaşlı Endrik vurub. Oyuna start heyətdə başlayan braziliyalı hücumçu 19-cu dəqiqədə fərqlənib, 72-ci dəqiqədə isə əvəzlənib.
Endrik “Real”ın heyətində bütün yarışlarda 25 matçda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin