
“İnanıram ki, çempion olacağıq”
“İnanıram ki, çempion olacağıq”.
Komanda.az xəbər verir ki, “Xilasedici”nin voleybolçusu Vadim Kutukov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Hücumçu Azərbaycan Yüksək Liqasının 12-ci turunda MOİK-lə keçirdikləri matçla bağlı təəssüratını bölüşüb və çempionluğa inandığını bildirib:
“İlk növbədə komandamızı təbrik etmək istəyirəm. Maraqlı və gərgin oyun oldu. MOİK-i də təbrik etmək istərdim, inkişaf var və bu sevindirici haldır. Pley-off mərhələsinə hazırlaşırıq. İnanıram ki, çempion olacağıq”.
MOİK – “Xilasedici” matçı ikincilərin 3:0 (25:10, 25:19, 25:11) hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin