Tonali “Yuventus”a bir şərtlə keçə bilər

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali cari mövsümün sonunda İtaliya çempionatına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” futbolçunu transfer etməkdə maraqlıdır. Eyni zamanda, Tonalinin qərarı “qoca sinyora”nın gələn mövsüm Çempionlar Liqasına düşüb-düşməyəcəyindən asılı olacaq. Bu baş verərsə, o, Turin klubuna qoşulmağa hazır olacaq.

24 yaşlı yarımmüdafiəçi A Seriyasında “Milan”da çıxış edib. O, 2023-cü ilin yayında “Nyukasl”a keçib və klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button