“Qalatasaray” onu satdı
Türkiyənin “Akhisarspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, növbəti mövsümü 1-ci liqada keçirəcək sözügedən klub “Qalatasaray”ın gənc futbolçusu Çekdar Orhanı transfer edib.
Bu barədə Akhisar təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Transferin maddi detalları isə açıqlanmır.
Orhan futbola Almaniyada başlasa da, daha sonra “Antalyaspor”un aşağı yaş qrupları üzrə komandalarında oynamağa başlayıb. 2018-ci ilin yanvar ayından etibarən isə o, “Qalatasaray”la peşəkar müqavilə imzalamışdı. Gənc yarımmüdafiəçi U-21-lər arasında Türkiyə çempionatında 49 oyuna 22 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin