Enrike: “Dembele bu il daha da yaxşı olacaq”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında “Brest”lə pley-off oyunundan sonra komandanın vingeri Osman Dembelenin çıxışını şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Dembelenin bu il daha da yaxşı olacağını bildirib:

“Dembeleni tanıyan və onun məşq etdiyini görən hər kəs bilir ki, bu oğlan özünə inamla doludur. O, keçən il əla idi və bu il daha da yaxşı olacaq”.

Parislilər səfərdə 3:0 hesabı ilə qalib gəlib, Dembelə iki dəfə fərqlənib.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm 28 matçda meydana çıxıb, 23 qol vurub, 6 məhsuldar ötürmə edib.

PSJ – “Brest” cavab matçı fevralın 19-da, Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button