![](https://komanda.az/wp-content/uploads/2024/07/sabah-loqo-yeni.jpg)
“Sabah” üçün ikiqat yubiley
Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb.
Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.
“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.
“Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin