MY Erikseni əvəz edəcək futbolçunu tapıb

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen cari mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Qırmızı şeytanlar” artıq danimarkalı futbolçunu əvəz edəcək oyunçunu da tapıb. Klub “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu transfer etmək niyyətindədir. Müqavilə yay transfer pəncərəsi üçün nəzərdə tutulub.

21 yaşlı yarımmüdafiəçi hazırkı İngiltərə Premyer Liqasında 9 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button