“Araz-Naxçıvan”dan qışda ilk transfer
“Araz-Naxçıvan” qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay+1 illik müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada “Şerif”də çıxış edib.
Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin