MS qiyməti 140 milyon avro olan futbolçuya göz dikib

Leverkuzen “Bayer”inin iki futbolçusu “Mançester Siti”nin diqqətini çəkib.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “şəhərlilər” Ceremi Frimponq və Florian Vritslə müqavilə bağlamaq istəyirlər.

Hər iki futbolçu “Mançester Siti”nin rəhbərliyi tərəfindən Kayl Uolker və Kevin De Bruynenin əvəzediciləri kimi nəzərdən keçirilir.

Frimponqun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. O, bu mövsüm 31 oyun keçirib, 3 qol vurub və 10 məhsuldar ötürmə edib.

Virtsin qiyməti 140 milyon avrodur. O, cari mövsümdə 32 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button