Zidan Skoulza görə təəssüflənir

Fransa millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Zinəddin Zidan ingiltərəli keçmiş futbolçu Pol Skoulzla bir yerdə oynamadığına görə təəssüflənir.

Komanda.az “Give me Sport”-a istinadən xəbər verir ki, fransalı keçmiş yarımmüdafiəçi hər kəsin ən yaxşılarla oynamaqda maraqlı olduğunu bildirib:

“Hər kəs ən yaxşılarla oynamaqda maraqlıdır. Şübhə etmirəm ki, Skoulz da həmin oyunçulardandır. Mən onun oyununu izləməkdən həzz alırdım. Belə tam oyunçuya rast gəlmək çox nadirdir. Təəssüf ki, onunla eyni klubda oynamaq şansım olmayıb”.

Skoulz “Mançester Yunayted”in əfsanəsidir. O, 1993-cü ildən 2011-ci ilə qədər “qırmızı şeytanlar”ın rənglərini qoruyub. İngiltərə millisində 66 oyun keçirən Skoulz 14 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button