“Latsio”dan “Çelsi”yə növbəti təklif – 13 milyon avrodan çox
“Çelsi”nin yarımmüdafiəçisi Çezare Kasadey karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Latsio” hazırda italiyalı futbolçunun transferi üzərində fəal işləyir.
Romalıların son təklifi 13 milyon avronu keçir. Bundan əlavə, “Latsio” müqaviləyə 22 yaşlı oyunçunun növbəti satışından “Çelsi” üçün faizlə bağlı bənd də daxil edib.
Kasadey bu mövsüm bütün turnirlərdə 6 matçda iştirak edib. O, cari mövsümdə Premyer Liqada meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin