“Borussiya” “sükan”ı ona tapşırmaq istəyir

“Borussiya” baş məşqçi postuna əsas namizədini müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi “Bayern”in sabiq çalışdırıcısı Niko Kovaçla müqavilə imzalamaq istəyir.

“Borussiya”nın baş məşqçi postuna bir neçə namizədi olsa da, klubun idman departamenti Kovaç variantına meyl edir. “Arılar”ın rəhbərliyi xorvatiyalı məşqçi ilə danışıqlar aparmaq üçün Zalsburqa gəlib. Onlar Kovaçın təyinatını ən qısa zamanda yekunlaşdırmaq istəyir.

Niko Kovaçın son iş yeri “Volfsburq” olub və bundan əvvəl o, “Monako”, “Bayern” və Frankfurt “Ayntraxt”ını çalışdırıb. O, “Ayntraxt”la Almaniya kubokunu, “Bayern”lə isə Bundesliqa, Almaniya kuboku və superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button