İnzaqi: “Oyunçularım rəqibə meydan oxudular”

“İnter” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda Çexiya “Spartas”ı ilə qarşılaşmada qələbə qazanıb.

Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, “İnter”in baş məşqçisi Simone İnzaqi matçda baş verənləri şərh edib. İtaliyalı çalışdırıcı çexiyalı futbolçuların fiziki hazırlığına qiymət verib:

“Biz başa düşürdük ki, bu, fiziki baxımından güclü rəqib olacaq. Amma oyunçularım rəqibə meydan oxudular. Düşündüm ki, bizdən qol buraxandan sonra daha çox açılacaqlar, amma prinsipcə, belə olmadı. İkinci hissədə çox şey yaratdıq, icazə verilməyən qolumuz oldu, ona görə də, matçın son dəqiqələrində bir az narahat olduq”.

“Sparta” – “İnter” matçı milanlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button