“Mançester Siti”yə qoşulduğum üçün çox şadam”

Vitor Reis “Palmeyras”dan “Mançester Siti”yə keçməsini şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi dünyanın ən böyük klublarından biri olan “Mançester Siti”yə qoşulduğu üçün çox şad olduğunu deyib:

“Dünyanın ən böyük klublarından biri olan “Mançester Siti”yə qoşulduğum üçün çox şadam. Komandanın son illərdə heyrətamiz nəticələrini hər kəs gördü. Burada öz izimi buraxmaq və komandaya kuboklar uğrunda mübarizə aparmağa kömək etmək istəyirəm”.

Daha əvvəl “şəhərlilər”in mətbuat xidməti gənc futbolçu ilə dörd il yarımlıq müqavilə bağlandığını açıqlamışdı.

19 yaşlı futbolçu bu həftə sonu “Mançester Siti”də debüt edə bilər. Pep Qvardiolanın yetirmələri yanvarın 25-də İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində doğma meydanda “Çelsi”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button