Vinisius: “Mənim birinci prioritetim kuboklar qazanmaqdır”
“Real”ın hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqası haqda danışıb.
22 yaşlı forvard bu turnirin finalında iki dəfə – 2022-ci ildə (“Liverpul”a) və 2024-cü ildə (Dortmund “Borussiya”sına qarşı) qol vurub.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu əsas hədəfinin kuboklar qazanmaq olduğunu deyib:
“Çempionlar Liqası ən böyük mərhələdir və bir neçə finalda qol vuraraq, yarışda tarix yazmaq unudulmaz olardı. Bununla belə, ən vacibi həmişə komandanın uğurudur. Mənim birinci prioritetim şəxsi rekordlar deyil, kuboklar qazanmaqdır. Buna nail olmaq üçün formada qalmaq və addım-addım irəliləyərək, yalnız növbəti oyuna fokuslanmalıyıq”.
“Real” sabah Çempionlar Liqası çərçivəsində evdə “Zalsburq”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin