“Atletiko” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə “Atletiko” maraqlanır.

Sözləşmə yalnız Tom Lemarın getdiyi təqdirdə mümkün olacaq.

“Barselona”dakı çıxışı ilə tanınan 28 yaşlı Melo bu mövsüm bir dəfə də olsun meydanda görünməyib. Onun Turin klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button