“İlin nəticələri çox müsbətdir”

PSJ-nin baş məşqçisi Luis Enrike komandası üçün geridə qalan ilin yekunlarından danışıb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı ilin nəticələrinin müsbət olduğunu bildirib:

“Mən yalnız yaxşı şeylər deyə bilərəm. Biz irəliləyirik, indi PSJ-də hər şey bir oyunçudan yox, komanda oyunundan asılıdır. İlin nəticələri çox müsbətdir, baxmayaraq ki, UEFA Çempionlar Liqasında daha çox xala layiq olduğumuza inanıram. Mövsümün sonunda gözlənilən səviyyədə olub-olmayacağımızı görəcəyik”.

Fransa çempionatının 16 turundan sonra 40 xal toplayan Paris klubu turnir cədvəlində liderdir. Enrikenin yetirmələri 2-ci yerdə qərarlaşan “Marsel”dən 10 xal öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button