İspaniya millisinin futbolçusu “Barselona”nı seçib
İspaniya millisinin və Bilbao “Atletik”inin yarımmüdafiəçisi Niko Uilyams karyerasını davam etdirmək üçün yeni komanda seçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı vinger 2024/25 mövsümünün sonunda “Barselona”ya keçmək istəyir.
İspaniyalı futbolçu “Barsa” rəhbərliyinə komandaya qoşulmağa hazır olduğunu bildirib. Kataloniyalılar bu yay Uilyamsla müqavilə imzalamağa cəhd etsə də, o, Bilbaoda qalmağa qərar vermişdi.
Uilyams 2021-ci ilin yayından “Atletik”in rənglərini qoruyur. Tərəflər arasında hazırkı müqavilə 2027-ci ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin