“Liverpul” milli üzvünü icarəyə verdi – Rəsmi
İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”dan Harri Uilsonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uilson 2019/20 mövsümünü icarə əsasında “Bornmut”da keçirəcək.
“Liverpul”un yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi, Uels millisinin də şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin