“Əl-Hilal” Neymarla bağlı qərar verib
Braziliyalı hücumçu Neymar 2024/25 mövsümünün sonuna kimi “Əl-Hilal”da qalacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu 32 yaşlı forvardı cari mövsümün ikinci yarısı üçün komandada saxlamaq qərarına gəlib. Neymar satışa çıxarılacaq müdafiəçi Xalidu Kulibalinin yerini tutacaq.
O, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə heç bir oyun keçirməyib. Braziliyalı hücumçu dizindəki çarpaz bağlar zədələndiyi üçün təxminən bir il forma geyinə bilməyib. Onunla klub arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin