Emeri: “Mən xoşbəxtəm”

UEFA Çempionlar Liqasında liqa mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, “Aston Villa”nın baş məşqçisi Unay Emeri “Yuventus”la matçdakı heç-heçədən (0:0) çox razı qalıb. O, komandasının bu oyunda iki xal itirmədiyini, əksinə, bir xal qazanmasının daha üstün olduğunu hesab edir:

“Mən xoşbəxtəm, bir xal qazandıq və matç çox rəqabətli keçdi. Çalışdıq ki, üç xal qazanaq. Son oyunlardakı kimi səhvə yol verməmək istəyirdik. Əvvəlki matçlardan da yaxşı oynadıq.

“Yuventus” güclü rəqibdir, onlar bu mövsüm yalnız bir matçda uduzublar”.

“Aston Villa” Çempionlar Liqasında topladığı 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button