“Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük”

“Naxçıvan”ı baş məşqçisi Murat Dikmen “Abşeron”a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 4-cü turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

“İlk olaraq “Abşeron” kollektivini təbrik edirəm, çox yaxşı komanda formalaşdırıblar. Əslində böyük fasilədən öncə artıq öz oyunumuzu göstərməyə başladıq. İkinci periodda fərqi bir qədər azaltdıq. Fasilədə basketbolçularıma oyun planını dəyişdirməli olduğumuzu bildirdim. Çünki rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi. Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük. Həqiqətən üçüncü və dördüncü periodda müdafiədə yaxşı oyun sərgilədik. Hələ mövsümün əvvəlindəyik və məğlubiyyətsiz davam edirik. Növbəti həftə “Sabah” ilə liderlik matçına çıxacağıq. O görüşdə də layiqli mübarizə aparsaq, istəyimizə nail olacağıq”.

“Abşeron” – “Naxçıvan” qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button