“Qarabağ”ın rəqibi futbolçusunu “Liverpul”a sata bilər
“Lion”un hücumçusu Malik Fofana karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Liverpul” belçikalı hücumçu ilə maraqlanır.
“Lion” da öz növbəsində, maliyyə çətinlikləri səbəbindən Fofananı satmağı düşünməyə hazırdır. 19 yaşlı futbolçunun transfer dəyəri 15 milyon avrodur. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
“Liverpul” İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Arne Slotun yetirmələri 2-ci yerdə qərarlaşan “Mançester Siti”ni 8 xal qabaqlayır.
“Lion” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. Fransa klubu Avropa Liqasının 5-ci turunda, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionu ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin