“Məqsədimiz Çempionlar Liqasını qazanmaq deyil” – PSJ-nin prezidenti

PSJ-nin rəhbəri Nasser Əl-Xələfi komandasının UEFA Çempionlar Liqasındakı hədəfindən danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, kıub prezidenti indi məqsədlərinin Çempionlar Liqasını qazanmaq olmadığını bildirib:

“Bizim öz şəxsiyyətimiz var. Bu, bizim gəncliyimizdən gəlir. İndi məqsədimiz Çempionlar Liqasını qazanmaq deyil, öz üslubumuza sahib olmaqdır”.

Paris klubu Çempionlar Liqasının ümumi mərhələsinin 4 turundan sonra 4 xal toplayıb və turnir cədvəlində 25-ci pillədə qərarlaşıb. Luis Enrikenin yetirmələri növbəti matçını evdə “Bayern”ə qarşı keçirəcək. Qarşılaşma noyabrın 26-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button