“Neftçi”nin futbolçusu yığma komandada dubla imza atdı

“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin millisinin heyətində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı vinger KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub.

Sent Martinin 3:0 hesablı qələbəsi ilə bitən oyunda Lebon dubl edib. O, oyuna start heyətdə çıxıb və 90+5-ci dəqiqədə əvəzlənib. Kilan 87 və 90+3-cü dəqiqələrdə əvəzlənib.

Sent Martin 6 oyuna topladığı 6 xalla qrup sonuncusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button