Enrike gürcü futbolçunu PSJ-də görmək istəyir
PSJ “Napoli”nin vingeri Xviça Kvaratsxeliya ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Paris klubunun baş məşqçisi Luis Enrike gürcü futbolçunun böyük pərəstişkarıdır və onu hücumun sol cinahını gücləndirməyə qadir oyunçu kimi görür. Buna baxmayaraq, “Napoli” Kvaratsxeliyanı klubda saxlamaq niyyətindədir, lakin tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmədiyi üçün müqaviləni uzatmaqda çətinlik çəkir.
23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 14 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin