“Karyeramın ən yaxşı dövrünü yaşayıram”

“Barselona”nın müdafiəçisi Jül Kunde UEFA Çempionlar Liqasında “Srvena Zvezda” ilə oyunun (5:2) qəhrəmanlarından biri olub.

25 yaşlı futbolçu 2021-ci ildən bəri heç bir müdafiəçinin nail olmadığı ən nüfuzlu avrokubok matçında 3 məhsuldar ötürmə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, Hans-Diter Flikin birinci dərəcəli məşqçi olduğunu bildirib:

“Fiziki hazırlıq baxımından mən karyeramın ən yaxşı dövrünü yaşayıram. Flik birinci dərəcəli məşqçidir, mən ondan çox razıyam”.

Kunde 2022-ci ilin iyulundan “Barselona”da çıxış edir. O, cari mövsümdə iştirak etdiyi 16 matçda 4 məhsuldar ötürmə və 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button