Yamal “qızıl top”a toxunmaqdan imtina edib
“Barselona”nın və İspaniyanın qadınlardan ibarət millisinin yarımmüdafiəçisi Aytana Bonmati həmyerlisi, Kataloniya klubunun vingeri Lamin Yamalın “qızıl top”a toxunmaqdan imtina etdiyini bildirib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:
“Yamal məndən adımın “qızıl top”a namizədlər arasında olub-olmadığını soruşdu. Mən isə ondan ona toxunmaq istəyib-istəmədiyini soruşdum. O, buna gülümsəyərək cavab verdi: “Mən bunu etməyəcəm, bu pis bir əlamətdir”.
26 yaşlı idmançı “France Football”ın versiyasına görə ardıcıl ikinci dəfə ilin ən yaxşı qadın futbolçusu, 17 yaşlı Yamal isə ilin ən yaxşı gənc oyunçusu kimi mükafata layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin