“Real” Fiqunu təəccübləndirib

Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu Luiş Fiqu “qızıl top” mərasimindən sonra açıqlama verib.

Komanda.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı keçmiş yarımmüdafiəçi “Real”ın mərasimdə iştirak etməyəciyi xəbərinin onu çaşdırdığını bildirib:

“Bu mükafat bu günə qədər nüfuzlu idi. “Real”ın mərasimdə iştirak etməyəcəyi xəbəri məni çaşdırdı. Namizəd olduğunuz zaman qalib gəlmək şansınız var. Kimin qalib, kimin qazanmadığı aydın şəkildə göstərilməlidir. Bu, mükafatsız qalanlar üçün böyük məyusluqdur. “Qızıl top”u alanda bu barədə mənə əvvəlcədən məlumat verilmişdi”.

“Qızıl top”u “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes qazanıb. İkinci yeri “Real”ın hücumçusu Vinisius Junior, üçüncü yeri isə onun komanda yoldaşı Çud Bellingem tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button