Ten Haqın qovulmasına hamı “hə” deyib
Niderlandlı mütəxəssis Erik ten Haqın “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən uzaqlaşdırılması qərarı kollektiv və yekdilliklə qəbul edilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Ten Haqa yeni idman strukturunda işləmək şansı vermək istəyib, lakin nəticələr kifayət qədər yaxşı olmayıb və bu, mövsümün ortasında dəyişikliyə səbəb olub.
Daimi baş məşqçi axtarışlarının davam etdiyi bir vaxtda Rud van Nistelroyun da qısamüddətli təyinat olduğu bildirilir. Van Nistelroy bir neçə dəfə “Mançester Yunayted” rəhbərliyi ilə görüşüb və onları öz potensialına inandıra bilib.
“Mançester Yunayted” oktyabrın 28-də Erik ten Haqın baş məşqçi postundan qovulduğunu açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin