Salahın şərti var

“Liverpul”un hücumçusu Məhəmməd Salah şərtlərinə əməl olunarsa, klubda qala bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Misirli futbolçu “qırmızılar” ona üç illik yeni müqavilə təklif etsələr, karyerasını “Liverpul”da davam etdirməyə hazırdır. Tərəflər arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.

Daha əvvəl Salahın “Liverpul”u tərk edərək karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə biləcəyi haqda xəbərlər yayılmışdı.

32 yaşlı forvard 2017-ci ilin yayından İngiltərənin top-klubunda çıxış edir. “Transfermarkt” onun dəyərini 55 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button