Azərbaycan kuboku: 2-ci təsnifat mərhələsinin proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin proqramı məlumi olub.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Turan Tovuz” – “Hypers Guba” matçı oktyabrın 28-də, saat 20:00-da start götürəcək.

2-ci təsnifat mərhələsində iştirak edən 2-ci Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Premyer Liqada mübarizə aparan klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar elitada çıxış edən komandaların stadionunda keçiriləcək.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı Olimpiya İdman Kompleksində baş tutacaq.

Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi

28 oktyabr

20:00. “Turan Tovuz” – “Hypers Guba”
Tovuz şəhər stadionu

29 oktyabr

14:00. MOİK – “Şimal”
“Kapital Bank Arena” (ehtiyat meydan)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”
Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”
“ASCO Arena”

30 oktyabr

14:00. “Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Şəfa” – “Difai”
“ASK Arena”

31 oktyabr

14:00. “İmişli” – “Cəbrayıl”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button