“Barselona” “el klasiko”nun favoriti görünür” – La Liqanın rəhbəri
La Liqanın rəhbəri Xavyer Tebas İspaniya çempionatının 11-ci turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” oyunu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, funksioner “Real”ın hazırda böyük çətinliklə qələbələr qazandığını bildirib:
“İndiki vəziyyətdə “Barsa”nın qalib gəlmək üçün hər şansı var. “Real” hazırda böyük çətinliklə qələbələr qazanır. Hər kəsin qalib gələ biləcəyi bir matç daha maraqlı olacaq. Şəxsən mənə elə gəlir ki, kataloniyalılar indi yüksəlişdədir. Bu səbəbdən, onlar “el klasiko”nun favoriti görünürlər”.
“Real” – “Barselona” matçı oktyabrın 26-da, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin