Alaba karyerasını bitirəcək?

Mətbuatda “Real”ın müdafiəçisi David Alabanın karyerasını erkən bitirə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstriyalı futbolçunun qığırdağının incəldiyi və məşq zamanı şiddətli ağrılar yaşadığı bildirilir. Lakin Alaba ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Müdafiəçinin sağalması plan üzrə gedir. Oyunçunun özü, həkimlər və fiziki hazırlıq üzrə məşqçiləri bərpa prosesindən razıdır.

Alaba 2023-cü ilin sonunda dizindən zədə alıb.

32 yaşlı müdafiəçi “Real”ın heyətində 102 rəsmi oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button