Ten Haqın taleyi Türkiyə klubu ilə oyundan asılıdır

Mövsümün ilk üç ayında “Mançester Yunayted”in zəif çıxışından sonra baş məşqçi Erik ten Haq təzyiq altındadır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin gələcəyi növbəti iki matçda müəyyənləşəcək.

Ten Haqın yetirmələri Premyer Liqada “Brentford”a və Avropa Liqasında Türkiyənin “Fənərbaxça” komandasına məğlub olarsa, rəhbərlik onu qovacaq.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir. Komanda növbəti oyununu “Brentford”a qarşı oktyabrın 19-da keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button