“Real”ın Alaba qorxusu
“Real”ın müdafiəçisi David Alaba dizindən aldığı ağır zədədən bir ilə yaxındır ki, müalicə alır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstriyalı futbolçunun sağalma müddəti daim dəyişir.
Alabanın yenidən futbola qayıda bilməyəcəyi ilə bağlı qorxular var. O, dizindəki qığırdaqların incəlməsi səbəbindən karyerasını bitirmək məcburiyyətində qala bilər. Alaba məşqdən sonra sümükləri bir-birinə sürtündüyü üçün şiddətli ağrı yaşayır.
32 yaşlı müdafiəçi “Real”ın heyətində 102 rəsmi oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin