Deşam Mbappe haqda: “Milliyə çağırılmayan futbolçularla bağlı xəbərləri izləmirəm”

Fransa millisinin hücumçusu Kilian Mbappe yığmanın Millətlər Liqasında İsraillə qarşılaşması zamanı (4:1) Stokholmda dincəldiyinə görə tənqid olunub.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Didye Deşam bu məsələyə münasibət bildirib:

“Mbappe? Milliyə çağırılmayan futbolçularla bağlı xəbərləri izləmirəm. O, klubdadır və onun istirahət günü olub-olmadığını bilmirəm. Mbappe mənə İsraillə oyundan əvvəl mesaj göndərdi. Futbolçular öz proqramlarına uyğun işləyirlər. Futbolçunun istirahət günü varsa, onun istədiyi hər şeyi etmək hüququ var”.

Fransa millisi oktyabrın 14-də Millətlər Liqasında Belçika yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button