“Mbappe ilə danışdım, onun fiziki problemləri var”

Hücumçu Kilian Mbappe “Real”ın son matçlarında iştirak etsə də, Fransa millisinə dəvət almayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti futbolçunun sağaldığını bildirib. Madrid klubunun Fransa millisinə təzyiq göstərməsi ilə bağlı da söz-söhbətlər yayılıb. “Real”ın və Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Tçuameni bu məsələyə münasibət bildirib:

“Mən Mbappe ilə danışdım, onun fiziki problemləri var. Klub tərəfindən heç bir təzyiq yoxdur”.

UEFA Millətlər Liqasında İsrail yığması ilə matçda Fransa millisinin kapitanı Tçuameni olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button