FİFA prezidentindən İnyestaya: “Sizi topla görmək çox xoş idi”

FİFA prezidenti Canni İnfantino 40 yaşlı Andres İnyestanın karyerasını bitirmək qərarına münasibət bildirib.

Komanda.az xəbər verir ki, İnfantino sosial şəbəkə hesabındakı paylaşımında İnyestanı parlaq karyerası münasibəti ilə təbrik edib:

“Parlaq karyeranız münasibətilə təbrik edirəm. İspaniyanın ilk dəfə dünya çempionu olmasına kömək etmək üçün dünya çempionatının finalında qələbə qolunu vurduz və üç FİFA Klublararası dünya kubokunu qazanmaqla bütün dünyada azarkeşləri sevindirdiz.

Bütün xatirələr üçün təşəkkürlər, sizi topla görmək çox xoş idi. Yaratdığınız sehr bizim qəlbimizdə əbədi qalacaq və sizə hər şeyin ən yaxşısını arzulayıram”.

İnyesta İspaniya millisi ilə dünya çempionu, ikiqat Avropa çempionu, 9 dəfə İspaniya çempionu və 6 dəfə İspaniya kubokunun qalibi olub. O, “Barselona” ilə dördqat Çempionlar Liqasının qalibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button