Fransa millisində yeni kapitan
Kilian Mbappe Fransa millisinin oktyabrdakı təlim-məşq toplanışına çağırılmayıb, Antuan Qrizmann isə bu yaxınlarda yığma karyerasını bitirib.
Komanda.az Fransa millisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma komanda belə şəraitdə yeni kapitanını seçməli olub. Belə ki, “Real”ın üzvü Orelyen Tçuameni sabah millini kapitan sarğısı ilə meydana çıxaracaq.
Fransa millisi oktyabrın 10-da Millətlər Liqasında səfərdə İsrail yığması ilə qarşılaşacaq. Budapeştdə keçiriləcək matçın start fiti saat 22:45-də səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin