Azər Bağırov: “Futbolçuları inandıra bildik”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən maçtda 4:3 hesabı ilə qalib gələn Gəncə klubunun baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov bu qələbəni şəhidlərimizə həsr etdiklərini bildirib:

“Bu qələbəni şəhidlərimizə həsr edirik. Bu gün ikinci Qarabağ müharibəsi zamnı Gəncəyə raketin düşdüyü gündür. Biz bunu uşaqlarla yad etdik. Çox sevincliyik ki, qələbə bu günə nəsib oldu. Gəncəyə və şəhidlərimizə həsr edirik bu qələbəni.

Üç oyunun hər birində məğlub olmuşduq. Komandanı qəbul etdikdən sonra bəzi dəyişikliklər etdik. Futbolçuları inandıra bildik. Fasilə bizim xeyrimizə olacaq.

Bizim təhlil etdiyimiz baxımdan “Neftçinin güclü tərəfləri cinahları idi. Bacardığımız qədər onların vingerlərini zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

Mənim üçün futbolçunun yeni-köhnə olması önəmli deyil. Əsas məsələ oyunçunun başında nəsə olsun. Bu varsa, hazırlıqlıdırsa, çıxıb oynayacaq.

Düşünürəm ki, Muhamadu Ba pis oynamadı, qol da vurdu. Kim hazır olacaqsa, o da oynayacaq”.

“Kəpəz” növbəti turda Tovuzda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button