Tuxel Rüdigerin karyerasına necə təsir edib?

“Real”ın müdafiəçisi Antonio Rüdiger keçmiş baş məşqçisi Tomas Tuxelin onun karyerasına necə təsir etdiyini açıqlayıb.

Komanda.az “Inside Scoop”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Tuxelə meydandakı performansı ilə təşəkkür etməyə çalışdığını bildirib:

“Frenk Lempardın rəhbərliyi altında keçirdiyim mövsüm “Çelsi”də mənim üçün ən çətini idi. Tuxel məni meydana qaytarmaqla və mənə mühüm rol verməklə inam verdi. Meydandakı performansımla ona təşəkkür etməyə çalışdım”.

Rüdiger almaniyalı mütəxəssisin rəhbərliyi altında 2021-ci ildə “Çelsi”nin heyətində Çempionlar Liqasının qalibi olub.

Tuxel hazırda işsizdir. O, bu yay ötən mövsüm son 11 ildə ilk dəfə kubok qazana bilməyən “Bayern”dən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button