İspanlar Mahir Emrelinin yeni klubunu açıqladı

“Qarabağ”ın futbolçusu Mahir Emrelinin İspaniyanın “Malaqa” və “Ekstremadura” klublarının diqqət mərkəzində olduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu “Ekstremadura” klubuna keçməyə yaxındır. Bu barədə “grada3.com” saytı məlumat yayıb. Xəbərdə, “Ekstremadura”nın əvvəlcə seçiminin “Betis”dən Xuan Xose Narvaes olduğu, ancaq 24 yaşlı yarımmüdafiəçinin transferinin baş tutmaması səbəbindən, bütün diqqətlərin Mahirə çevrildiyi bildirilir.

“Ekstremadura” klubunun baş məşqçisi Manuel Moskeranın Mahiri xüsusilə istədiyi və komandanın hücum xəttinin sol cinahını ona tapşıracağı qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button