Məşhur futbolçu karyerasını bitirir

“Barselona”nın sabiq futbolçusu Andreas İnyesta gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq Birləşmiş Əmirliklərinin “Emireyts” klubunda çıxış etmiş yarımmüdafiəçi karyerasını başa vurur.

40 yaşlı futbolçu geyindiyi 8 nömrəli formaya görə 8 oktyabr tarixində peşəkar futbolla vidalaşacağını bildirib.

İnyesta “Barselona”nın yetirməsidir. İspaniyalı yarımmüdafiəçi 2018-2022-ci illər ərzində Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 674 rəsmi matçda 57 qol və 135 məhsuldar ötürmə ilə yadda qalıb.

İnyesta “Barselona”dan ayrıldıqdan sonra 5 il Yaponiyanın “Vissel Kobe” klubunun formasını geyinib. O, İspaniya millisinin heyətində keçirdiyi 131 oyunda 14 qol vurub, 30 məhsulda ötürmə verib.

İnyesta yığma komanda ilə dünya və Avropa çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button