“Ter Ştegen üçün çox darıxacağıq”

“Bayern”in futbolçusu Coşua Kimmix Mark-Andre ter Ştegenin zədələnməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi indi bunu müzakirə etməyin çətin olduğunu bildirib:

“İndi bunu müzakirə etmək çox çətindir. Düzünü desəm, qapıçı mövqeyini kifayət qədər başa düşmürəm, ona görə də, bu mövzuda danışa bilmərəm. Əlbəttə, biz Ter Ştegen üçün çox darıxacağıq”.

32 yaşlı futbolçu “Barselona”nın heyətində aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb. Manuel Noyer isə bu yaxınlarda milli karyerasını bitirib. Ona görə də, önümüzdəki aylarda Almaniya millisinin “bir nömrə”sinin kim olacağı bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button